MDB müşahidəçiləri fevarlın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin təşkili məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən böyük işin aparıldığını qeyd edirlər.
“Yanvarın 19-da işimizə başladıq, uzunmüddətli missiyamız var. Ümumilikdə, missiya məlum səbəblərdən Ukrayna və Ermənistan istisna olmaqla, 8 ölkədən olan 252 müşahidəçidən ibarətdir. Qeyd etmək istərdim ki, müşahidəçilərimiz Azərbaycanın 20-dən artıq regionunda olublar. Mən şəxsən Qubada, daha sonra Şamaxıda oldum. MSK və dairə komisiyalarının seçkilərin mütəşəkkil surətdə, azad və demokratik şəraitdə keçirilməsi üçün çox böyük iş gördükləri faktı göz qabağındadır”, - MDB İcraiyyə Komitəsininn sədr müavini, MDB müşahidəçilər missiyasının rəhbəri Viktor Quminski bazar günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, dairə komisiyaları qanunvericilik çərçivəsində fəaliyyət göstərirlər, “işlərini yaxşı bilirlər”. “Namizədlərin 2015-ci ildə keçirilən seçkilərədə təqribən 2 dəfə olması göz qabağındadır. Bu, əhalinin ölkənin qanunvericilik orqanlarına olan etimad səviyyəsinin artdığını və Azərbaycan vətəndaşlarının ölkənin taleyinə laqeyd qalmadığından xəbər verir”, - o əlavə edib.
Quminski vurğulayıb ki, seçkilərə hazırlıq sakit şəraitdə keçirilib. “Missiyamız tərəfindən heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb. Kiçik pozuntu halları olub, onlar dərhal öz həllini tapıb”, - missiyanın rəhbəri bildirib. **
B.Rüstəmbəyov