Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində saat 10:00-dək olan seçici fəallığı 12,57% təşkil edib. Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
Seçki məntəqələri saat 8:00-da açılıb.
“2 saat ərzində seçici fəallığı 12,57% olub. Artıq 670,086 min nəfərdən çox seçici səs verib”, – deyə o, bu gün keçirilən mətbuat konfransında bildirib.*
X.Nəsirzadə