Azərbaycan parlamentinə növbədənkənar seçkilərdə RF Dövlət Dumasının müşahidəçilərindən ibarət nümayəndə heyətinin rəhbəri Leonid Kalaşnikov seçki prosesinin qanunvericiliyə uyğunluğunu qeyd edir.
Bunu Kalaşnikov bazar günü Bakıda Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüş zamanı bildirib. Bu barədə MSK-nın mətbuat xidməti məlumat verir.
Öz növbəsində, Pənahov qeyd edib ki, bazar günü Azərbaycan parlamentinə növbədənkənar seçkilərdə əksər siyasi partiyalar iştirak edir.
Eyni zamanda, o bildirib ki, seçkilərin şəffaflığının təminatı məqsədilə 1 min seçki məntəqlərində və ya 17,9% açıq məntəqələrdə veb-kameralar quraşdırılıb.
Xəbər verildiyi kimi, 20-dən artıq siyasi partiya majoritar sistem üzrə keçirilən növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədlərini irəli sürüb. **
B.Rüstəmbəyov