Bazar ertəsi ATƏT fevralın 9-da Azərbaycan parlamentinə keçirilən növbədənkənar seçkilərinə ilkin qiymət verəcək. Bunu ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri və xüsusi əlaqələndiricisi Artur Gerasimov deyib.
“Biz qısamüddətli missiya ilə Azərbaycandayıq. ATƏT-in missiyası 41 ölkədən 358 müşahidəçi daxildir və ATƏT PA, AŞPA VƏ ATƏT DTİHB-nin nümayəndələrindən ibarətdir”, - Gerasimov bazar günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, sabah mətbuat konfransında təqdim olunacaq hesabatın hazırlanması ilə bağlı müşahidəçilərin aydın təsəvvürü var.
“Hazırda yüzlərlə müşahidəçimiz Bakı, Sumqayıt, Gəncə və bölgələrdə seçkilərin monitorinqini keçirir. Bütün məlumat qaydaya salınaraq, təhlil olunaraq sabah ictimaiyyətə təqdim ediləcək”, - o əlavə edib. **
B.Rüstəmbəyov