Azərbaycanda keçirilən parlament seçkilərində saat 12:00-dək olan seçici fəallığı 27,35% təşkil edib. Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
Seçki məntəqələri saat 8:00-da açılıb.
“4 saat ərzində seçici fəallığı 27,35% olub. Artıq 1 milyon 457,776 min nəfər səs verib”, – deyə o, bu gün keçirilən mətbuat konfransında bildirib.*
X.Nəsirzadə