Azərbaycan Mərkəzi Komissiyanın sədr müavini Rövzət Qasımov fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində səsvermə ilə əlaqədar hazırda şikayətlərin daxil olmadığını bəyan edib.
“MSK-nın “qaynar xətti”nə artıq bir neçə müraciət daxil olub. Lakin onlar hamısı sorğu xarakteri daşıyır, şikayətlər daxil olmayıb”, - Qasımov “İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözlərinə görə, hava şəratinin pis olmasına baxmayaraq, səsvermə seçicilərin yüksək fəallığı ilə xarakterizə olunur.
MSK-nın məlumatına görə, saat 12:00-dək olan seçici fəallığı 27,35% təşkil edib.
Bazar günü Azərbaycan ərazisində hava şəraitinin pisləşməsi müşahidə olunur, ölkənin əksər bölgələrinə qar yağıb. Bakıda güclü şimal küləyi müşahidə edilir, qar yağır. **
X.Nəsirzadə