Azərbaycan hökuməti növbədənkənar parlament seçkilərinin təşkili və keçirilməsində açıqlıq və şəffaflıq nümayiş etdirir. Beynəlxalq müşahidəçi, Bavariya Landtaqının deputatı Uli Henkel belə hesab edir.
“Hər şeyin açıq şəkildə təşkil olunması məndə xoş təəccüb hissi yaradıb. Çoxlu sayda müşahidəçi var. Bu, hökumətin şəffaflıq nümayiş etdirmək istədiyini və gizlədəcək heç nəyin olmadığını göstərir", – deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Digər müşahidəçi, Çexiya parlamentinin üzvü Verı Proxazkova vurğulayıb ki, növbədənkənar seçkilərdə səsvermə prosesi mütəşəkkil qaydada təşkil edilib. "Mən görürdüm ki, hamının (seçicilərin) pasportu var və seçki prosesi yüksək səviyyədə təşkil olunub", - deyə o qeyd edib.
Çexiya parlamentinin üzvü sonuncu dəfə 30 il əvvəl Bakıda olduğunu diqqətə çatdırıb. “Bakı çox dəyişib, çox gözəl şəhərdir. Ancaq hava çox yaxşı deyil və şəhəri gəzmək üçün vaxt az idi", - deyə o əlavə edib.*
B.Rüstəmbəyov