Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri zamanı səsvermə ilə bağlı şikayətin daxil olmadığını bəyan edir.
“Bu gün MSK-nın “qaynar xətti”nə 50-dək müraciət daxil olub. Lakin onlar hamısı sorğu xarakteri daşıyır, şikayət daxil olmayıb”, - Qasımov bazar günü jurnalistlərə bildirib.
Həmçinin, o vurğulayıb ki, ümumilikdə, seçkilər seçicilərin yüksək fəallığı ilə xarakterizə olunur.
MSK-nın məlumatına əsasən, saat 15:00-dək olan seçici fəallığı 39,23% təşkil edib. **
X.Nəsirzadə