Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində saat 17:00-dək olan seçici fəallığı 44,84% təşkil edib. Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə saat 19:00-da başa çatacaq.
“9 saat ərzində seçici fəallığı 44,84% olub. Artıq 389,754 min nəfərdən çox seçici səs verib”, – deyə o, bu gün keçirilən mətbuat konfransında bildirib.*
X.Nəsirzadə