Azərbaycanda növbədənkənar parlament seçkiləri demokratik şəraitdə keçir. Bunu Fransadan olan beynəlxalq müşahidəçi Romi de San Keran deyib.
“Biz bir neçə seçki dairləsində olduq, seçicilər, müstəqil müşahidəçilər və siyasi partiyaları təmsil edən müşahidəçilərlə söhbət etdik. Bütün bunlar prosesin demokartik keçdiyini nümayiş etdirir”, - de San Keran “İnterfaks-Azərbaycan”a bildirib.
Digər beynəlxalq müşahidəçi, Bolqarıstanın nümayəndəsi Manol Genov qeyd edib ki, Azərbaycanda növbədənkənar seçkilər çox yaxşı səviyyədə təşkil olunub. “Seçkilərdə vəziyyət sakitdir, hüquq-mühafizə orqanları seçki prosesinə müdaxilə etmirlər. Həmçinin, seçicilərin sənədlərinin yoxlanılması zamanı qaydalara tam riayət olunduğunu qeyd etmək istərdim”, - Genov bildirib. **
Ə.Məmmədov, B.Rüstəmbəyov