Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda iştirak etmək məqsədilə Vyana şəhərinə yola düşüb. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verir.
“Bu məqsədlə E.Məmmədyarov Vyanaya yola düşüb. Səfər çərçivəsində nazir beynəlxalq təşkilatların rəhbərləri, həmçinin konfransda iştirak edən dövlətlərin XİN başçıları ilə ikitərəfli görüşlər keçirəcək”, - XİN-in məlumatında deyilir. **
B.Rüstəmbəyov