Növbədənkənar parlament seçkilərində fəallıq 55,6% təşkil edib. Bu, Fransız Sosioloji Araşdırmalar İnstitutu “Opinion Way”in keçirdiyi “exit-poll”un nəticələrində öz əksini tapıb.
“Təşkilatımız 236 seçki məntəqəsində sorğu keçirib. 10,119 min nəfər sorğuda iştirak edib. Seçkilərdə seçicilərin fəallığı 55,6% təşkil edib”, - deyə "Opinion Way"in baş direktoru Bruno Jan Bar mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sorğu zamanı və məntəqələrdən əldə edilmiş məlumatlara görə, əvvəlki çağırış Milli Məclisin deputatları yeni çağırışda da təmsil olunacaqlar.
Öz dairələrində lider olan namizədlər arasında Oqtay Əsədov, Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Azay Quliyev, Qüdrət Həsənquliyev, Zahid Oruc və başqaları da var.*
Ə.Məmmədov