Növbədənkənar parlament seçkilərində fəallıq 53,7% təşkil edib. Bu barədə “Rəy” Monitorinq Mərkəzinin keçirdiyi “exit poll”un nəticələrində qeyd edilir.
“Araşdırmalarımız ümumilikdə 1 180 seçki məntəqəsini əhatə edib. Məlumatımıza əsasən, seçkilərdə fəallıq 53,7% təşkil edib”, - Mərkəzin direktoru Rizvan Abbasov İTV kanalının efirində bəyan edib.
Onun sözlərinə görə, “exit poll”un məlumatına əsasən, parlamentin əvvəlki çağırışındakı deputatlar yeni çağırışda da təmsil olunacaqlar.
Öz dairlərində lider olan namzidələr arasında o Azay Quiyev, Fəzail Ağamalı, Madər Musayev, Rasim Musabəyov, Ziyad Səmədzadə, Fazil Mustafa, Mixail Zabelin, Elman Nəsirov, Rüfət Quliyev, Hadı Rəcəbli, Ziyafət Əsgərov, Qənirə Paşayeva, Zahid Orucov, Səməd Seyidov, Əli Məsimli, Fəttah Heydərov və s. adlarını çəkib.
Eyni zamanda, o qeyd edib ki, “exit poll”un məlumatına əsasən, parlamentə bir sıra yeni şəxslər keçir. Onların arasında Erkin Qədirli, Nigar Arpadarai, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Abbasov (Arifoğlu) yer alıb. **
A.Əzizov