Hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri yeni parlamentdə əksər yer əldə edəcəklər. Bu barədə ABŞ-ın “AJf & Associates Inc.” şirkətinin keçirdiyi "exit-poll"un məlumatında qeyd olunur.
Bazar günü keçirilən mətbuat konfransında şirkətin vitse-prezidenti Corc Bornbaunun sözlərinə görə, "exit-poll"un nəticələrinə əsasən, hakim partiyanın 69 nümayəndəsi öz dairələrində qələbə qazanırlar.
Parlamentə seçilən daha 41 deputat heç bir paryiya üzvü deyil.
"Exit-poll"un nəticələrinə görə, həmçinin daha 6 partiyanın 10 nümayəndə parlamentə keçir.
Ümumilikdə, Azərbacan parlamenti 125 deputatdan ibarətdir. **
Ə.Məmmədov