Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan telefon söhbəti zamanı azərbaycanlı həmkarı İlham Əliyevi fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində hakim partiyanın qələbə qazanması münasibətilə təbrik edib.
“Türkiyə Ərdoğan fevralın 9-da prezident Əliyevə telefonla zəng edib. Ərdoğan Azərbaycanda keçirilən parlament seçkilərində İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının qələbə qazanması münasibətilə dövlət başçısını təbrik edib, yeni parlamentə fəaliyyətində uğurlar arzulayıb”, - Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat verir.
Dövlət başçıları Azərbaycanla Türkiyə arasında və yaxın zamanlarda yeni təmasların davam etdirilməsi haqqında qərara gəliblər.
Xəbər verildiyi kimi, “exit-poll”arın məlumatına əssaən, hakim partiyanın nümayəndləri Azərbaycanın 125 yerlik parlamentində ən azı 69 yer əldə ediblər.
Hələlik MSK seçkilərin nəticələri ilə bağlı məlumat dərc etməyib. **
A.Əzizov