Azərbaycanın hakim Yeni Azərbayan Partiyası fevralın 9-da keçiriilən növbədənkənar parlament seçkilərində nümayəndələrinin əksəriyyətinin qələbəsi barədə bəyan edib.
“Exi-poll”arın açıqlamaları Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərdə əhəmiyyətli uğurlar qazandığını söyləməyə əsas verir”, - partiyanın bəyanatında deyilir.
O cümlədən, YAP dairələrədə müşahidəçilərinə istinadən qeyd edir ki, seçkilərə qatılmış bəzi namizədlər və onların tərəfdaşları səsvermə prosesini pozmağa, müxtəlif təxribatlarla demokratik və azad keçirilən seçkilərə kölgə salmağa cəhdlər göstəriblər.
“Hakim partiya Milli Məclisin yeni tərkibində ölkəmizdə həyata keçirilən islahatlara öz dəyərli töhfəsini verəcək”, - bəyanatda vurğulanır.
“Exi-poll”arın açıqlamalarına əsasən, növbədənkənar seçkilərin yekunlarına görə, hakim partiyanın nümayəndələri 125 yerlik parlamentdə ən azı 65-69 yer qazanırlar. **
B.Rüstəmbəyov