Fevralın 9-da keçirilən növbədənklənar parlament seçkiləri zamanı Mərkəzi Seçki Komissiyasının (MSK) "qaynar xətt"inə 261 müraciət daxil olub. Bu barədə MSK-nın sədri Məzahir Pənahov məlumat verib.
"Seçki günü MSK-nın “qaynar xətt”inə 261 müraciət daxil olub. Onların əksəriyyəti konsultativ və texniki xarakter daşıyıb və operativ şəkildə həll edilib", - deyə M.Pənahov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, MSK-ya namizədlərdən müəyyən şikayətlər daxil olub. “Onların hamısı, o cümlədən sosial şəbəkələrdə yayılan video və fotokadrlar ciddi şəkildə təhlil ediləcək. Lazım gələrsə, biz hüquq-mühafizə orqanlarına da müraciət edəcəyik", - deyə sədr qeyd edib.
O, son dərəcə əlverişsiz hava şəraitinin hökm sürməsinə baxmayaraq, seçkilərdə seçicilərin fəallıq səviyyəsindən məmnunluğunu ifadə edib.*
X.Nəsirzadə