Azərbaycanda növbədənkənar parlament seçkilərində fəallıq əhalinin seçki prosesinə sağlam marağını nümayiş etdirir. Bunu Rusiya Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsinin sədri Liliya Qumerova deyib.
“Fəallıq əhalinin parlament seçkilərinə marağını nümayiş etdirdi, eyni zamanda, görünür ki,siyasiləşdirmə və artıq ajiotaj yoxdur. Qəbul edildiyi kimi, Bakıda fəallıq bölgələr ilə müqayisədə bir qədər az idi. Məlumatlara əsasən, fəallığın pik həddi 14-15 radələrində olub”, - Qumerova bazar ertəsi mətbuat konfransında bildirib.
RF Şurasının nümayəndə heyəti prosesin dəqiq və intizamlı təşkilini qeyd edib.
“Biz üç seçki dairəsinin 11 məntəqəsində olduq. Hər yerdə iş müntəzəm şəkildə təşkil olunub. Seçki məntəqələrinin sədrlərinin peşəkarlığını ayrıca qeyd etmək istərdik. Olduğumuz bütün məntəqələrdə birbaşa yayım həyata keçirilirdi, qanuna tam riayət olunurdu”, - Qumerova qeyd edib.
Azərbaycanda növbədənkənarparlament seçkilərində fəallıq 47,81% təşkil edib. MSK-nın ilkin məlumatlarına əsasən, yeni parlamentdə hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri səs çoxluğu əldə edəcəklər. **
Ə.Məmmədov