Azərbaycanda növbədənkənar parlament seçkiləri düzgün və demokratik şəkildə keçirilib. Bu sözləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidə missiyasının rəhbəri, ŞƏT baş katibinin müavini Şerali Conon deyib.
“Seçkilərdə xüsusi problemlər qeydə alınmayıb. Seçki prosesinə qətiyyən təsir etməyən xırda pozuntular aşkar edilib. ŞƏT seçkilərin Azərbaycan qanunvericiliyinə uyğun və bütün beynəlxalq öhdəliklər yerinə yetirilməklə keçirilməsi qənaətindədir", - deyə o, bu gün mətbuat konfransında bildirib.
ŞƏT missiyasının rəhbəri, həmçinin seçkilərin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
"Biz hazırlığın lap əvvəlindən prosesi müşahidə etmişik. Hər şey ən yüksək səviyyədə hazırlanıb və təşkil edilib”, - deyə Ş.Conon əlavə edib.
Növbədənkənar parlament seçkilərində fəallıq səviyyəsi 47,81% təşkil edib. MSK-nın ilkin məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri 125 yerlik yeni parlamentdə əksəriyyət təşkil edir.*
Ə.Məmmədov