Prezident İlham Əliyev bu gün "Azərenerji" ASC-nin əsaslı şəkildə yenidən qurulan 110/35/6 kV-luq "Dübəndi" yarımstansiyasının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azərenerji”nin məlumatına görə, 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyası 1953-cü ildə tikilib. “Reabilitasiya Proqramı”na uyğun olaraq Bakı və Abşeron yarımadasında 220 və 110 kilovoltluq əsas yarımstansiyalar yenidən qurulur.
“İstismar müddətini bir neçə dəfə keçən açıq tipli “Dübəndi” yarımstansiyası qapalı tipə keçirilərək tam yenidən qurulub”, - deyə məlumatda qeyd olunur.
“Azərenerji” ASC ümumilikdə 20 yarımstansiyada yenidənqurma, təmir və bərpa işləri həyata keçirir, avadanlıqlar, ən əsası isə transformatorlar dəyişdirilərək yarımstansiyaların gücü artırılır.*
N.Abbasova