Bu gün SOCAR AQŞ və Halliburton şirkəti Azərbaycanda neft sənayesi üçün çoxsaylı material və xidmətlərin təchizi üzrə fəaliyyət göstərəcək birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzaladılar.
SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev bildirib:’’ Şirkətimizin dünya səviyyəli səriştəsini, zəngin təcübəsini və müasir infrastrukturunu neft sənayesi üzrə material və xidmətlərin təchizi sahəsində qlobal lider hesab olunan Halliburton şirkətinin tam potensialı ilə birləşdirərək Azərbaycanda birgə əməkdaşlıq etmək və fəaliyyətimizi genişləndirmək üçün strateji platformanın əsasını qoyduq!’’
Halliburton şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə Baş vitse-prezidenti Ahmed Kenavi bildirib:’’Biz inanırıq ki, SOCAR AQŞ ilə yeni yaradacağımız birgə müəssisəmiz neft sənayesi üçün material və xidmətlərin təchizi üzrə regionun artan tələbatını dünya səviyyəli xidmətlər göstərməklə təmin edə biləcək və bazarda unikal mövqeyə malik olacaqdır.
Bununla yanaşı, bizim bu müəssisə ilə əməkdaşlığımız ölkənin yüksək texnoloji xidmətlərin lokalizasiyası üzrə strategiyasına dəstək verəcək!’
Birgə müəssisə Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşəcək. Müəssisə Azərbaycanda həm quruda həm də dənizdə fəaliyyət göstərəcəkdir.
SOCAR AQŞ və Halliburton şirkətləri birgə müəssisənin fəaliyyətə başlamasını 2020-ci ilin ikinci rübündə, razılaşmanın müəyyən olunmuş müddəalarının icrasından sonra həyata keçirməyi planlaşdırır.
Redaktorlar üçün qeyd
SOCAR AQŞ
SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılmasıdır. Bundan başqa, şirkət təchizat sistemlərinin, anbar təsərrüfatının və digər əlaqəli xidmətlərin idarə olunması sahəsində də zəngin təcrübəyə malikdir.
Hal-hazırda SOCAR AQŞ Xəzərdə 4 neft və qaz yatağında, o cümlədən dayazsulu “Günəşli”, “Qərbi Abşeron” və “Bulla” yataqlarında mövcud olan 5 platformada 6 qazma qurğusu vasitəsilə qazma işlərini aparır.
Müəssisə həmçinin Türkiyədə ‘’Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi’’ layihəsi çərçivəsində qazma işlərini uğurla icra etməkdədir.
SOCAR AQŞ Ukrayna və Banqladeşdə fəaliyyət coğrafiyasını genişləndirməklə müvafiq müqavilələr üzrə nəzərdə tutulan işlərin icrasını uğurla həyata keçirib.
SOCAR AQŞ regionda API Spec Q2- Keyfiyyət İdarəetmə Sisteminin standartının tələblərinə uyğun sertifikatı ilə təltif olunmuş ilk və yeganə qazma müəssisəsidir. Şirkətdə 1200 əməkdaş çalışır, onların tam əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
SOCAR AQŞ 2019-cu ilin sentyabr ayında BMT-nin Qlobal Sazişi üzrə Lider şirkət elan olunub.
Müəssisə NEQSOL Holding-in tərkibinə daxildir, səhmdarları SOCAR və Nobel Oil Services şirkətləridir.
SOCAR AQŞ ilə www.socar-aqs.com,Facebook, Twitter, LinkedIn, İnstaqram və YouTube vasitəsilə əlaqə qurmaq olar.
HALLIBURTON
1919-cu ildə qurulan Halliburton şirkəti dünyanın ən böyük neft sənayesi materiallarının və xidmətlərinin tədarükçülərindən biridir. 80-dən çox ölkədə 140 milləti təmsil edən 55.000 işçisi olan şirkət, müştərilərinə karbohidrogenlərin tapılması və geoloji məlumatların idarə edilməsindən tutmuş qazma əməliyyatları, layların qiymətləndirilməsi, quyuların layihələndirilməsi, tamamlanması və hasilatın optimallaşdırılmasına qədər dəyəri artırmağa kömək edir.
Şirkətin veb saytı ilə bu elektron ünvan tanış ola bilərsiniz: www.halliburton.com.
Halliburton-la Facebook, Twitter, LinkedIn, İnstaqram və YouTube vasitəsilə əlaqə qurmaq olar.
Əlaqələndirici şəxslər
Halliburton
Abu Zeya
Halliburton, Sərmayələr İdarəsi
281-871-2633KİV:
Emily Mir
Halliburton, İctimaiyyətlə Əlaqələr
281-871-2601KİV:
Səbinə Əkbərova
SOCAR AQŞ, İctimaiyyətlə Əlaqələr
+994 12 565 15 15 ext.1122
SOCAR AQŞ
Sənubər Nəzərova
SOCAR AQŞ, Biznesin İnkişafı
+994 12 565 15 15 ext.1031