Növbədənkənar parlament seçkiləri Azərbaycanda islahatlar prosesinin davam etdirilməsi və möhkəmləndirilməsi üçün vacib addımdır. MDB müşahidəçilər missiyası belə hesab edir.
“Növbədənkənar parlament seçkilərinin keçirilməsi ölkədə islahatların aktivləşməsi yolunda mühüm mərhələ oldu. Bütövlükdə, seçkilər Azərbaycan qanunvericliyinə uyğun keçirilib, rəqabətə davamlı, açıq, azad və demokratik seçkilərin keçirilməsi prinsiplərinə uyğun olub”, - MDB İcraiyyə Komitəsininn sədr müavini, MDB müşahidəçilər missiyasının rəhbəri Viktor Quminski bildirib.
Onun sözlərinə görə, müşahidəçilər tərəfindən bir neçə əhəmiyyətsiz pozuntular və nöqsan qeydə alınıb, lakin onlar əhalinin iradəsinin ifadəsinə heç bir vəchlə təsir etməyib.
“MSK, regional və yerli seçki dairələrinin fəaliyyətini xüsusi qeyd etmək istərdik, yüksək səviyyədə iş həyata keçirilib. Bütün zəruri tədbirlər görülüb və nəticə olaraq, əhalidən heç bir şikayət daxil olmayıb”, - Quminski əlavə edib. **
Ə.Məmmədov