“Buta Airways” aviaşirkətinin Gəncə-Moskva reysini yerinə yetirən təyyarəsi Volqoqradda məcburi eniş edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə aviaşirkətin mətbuat xidmətindən məlumat verilib.
“Sərnişinlərdən birinin halının pisləşməsi səbəbindən J2 9817 nömrəli aviareysi yerinə yetirən kapitan hava gəmisini Bakı vaxtı ilə saat 12:49-da uğurla Volqoqrad beynəlxalq hava limanına endirib”, - deyə məlumatda bildirilir.
Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə uçuşu davam etdirəcək.*
X.Nəsirzadə