Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkilərində liderlik edən namizədlərin siyahısını dərc edib.
125 dairə üzrə 5573 məntəqədən daxil olan protokollar yoxlandıqdan sonra MSK-nın təqdim etdiyi məlumata əsasən, yeni parlamentdə hakim Yeni Azərbaycan Partiyasının 70 üzvü təmsil olunur.
Parlamentdə təmsil olunan 18 qadın arasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da var.
6-cı çağırış Milli Məclisin 80-ə yaxın deputatı əvvəlki çağırış parlamentdə fəaliyyət göstərib.
Seçkilərdə fəallıq 47,81% təşkil edib.*
A.Əzizov