Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində səsvermə zamanı yol verilmiş pozuntularla bağlı bütün şikayətləri öyrənəcək. Bu barədə bu gün jurnalistlərə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
"MSK parlament seçkilərində səsvermə prosesi ilə bağlı sosial şəbəkələrdə yayılan bütün şikayət və faktları araşdıracaq. Səsvermə zamanı kobud qanun pozuntuları aşkar edilərsə, qəti tədbirlərin görüləcəyini istisna etmirik", - deyə o bildirib.*
X.Nəsirzadə