RF Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski bəyan edib ki, Azərbaycanda keçirilən parlament seçkiləri açıq keçib, ATƏT-in missiyası qərəzli qiymətləndirmədə qınayıb.
“Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı: Avropa müşahidəçilərinin qərəzli yanaşmaları və ikili standarları təkrar heyrətləndirir, ənənəvi olaraq, ATƏT/DTİHB yekun vurulma prosesinin kəskin tənqidi ilə çıxış edir”, - Slutski bazar ertəsi jurnalistlərə bildirib.
O əlavə edib ki, “missiyanın rəhbəri, ukraynalı deputat Artur Gerasimovun sözlərinə görə, guya iştirak üçün şərait yaradılıb, lakin qələbə üçün şərait yaradılmayıb”.
“Ancaq qələbə üçün şəraiti namizədlər özləri yaratmalıdırlar, seçicilərin etimadını qazanaraq, ölkə prezidentinin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası şübhəsiz əhali arasında böyük nüfuza malikdir, səsvermənin ilkin yekunları bunu əks etdirir”, - parlamentari qeyd edib.
“Respublikanın Mərkəzi Seçki Komissiyasının operativ sürətdə araşdırdığı az sayda pozuntular seçkilərin qanuni keçməsinə heç cür təsir edə bilməzdi. Şəffaflıq və demokratikliyin olmaması ilə bağlı ittihamlar, sadəcə olaraq əssasızdır”, - Komitə sədri belə hesab edir.
Xəbər verildiyi kimi, ötən bazar günü keçirilən növbədənkənar seçkilərdə bütün səslərin hesablanmasının yekunlarına dair hakim YAP yeni parlamentdə 125 yerdən təxminən 70 yer əldə edir.
MSK-nın məlumatına əssaən, 125 seçki dairəsində 5 min 573 məntəqənin hamısından daxil olan protokolların işlənməsi başa çatıb.
Əvvəlki parlament çağırışından təqribən 80 namizəd parlamentə keçir.
Azərbaycanda parlament seçkilərində fəallıq 47,81% təşkil edib. **