Azərbaycanın baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov fevralın 9-da keçiriən növbədənkənar parlament seçkiləri ilə bağlı ATƏT-in müşahidə missiyasının qiymətləndirilməsini qeyri-obyektiv hesab edir.
“Fevral ayının 10-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilərin nəticəsinə dair ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının birgə bəyanatı yayılmışdır. Qeyd etməliyəm ki, bəyanat sözügedən təşkilatların ənənəvi tam obyektiv olmayan mövqeyindən fərqlənməməsi ilə seçilir”, - Əhmədov Facebook səhifəsində yazıb.
Onun rəyinə görə, 125 yer uğrunda mübarizədə 1,3 mindən çox namizədin iştirak etdiyi seçki kampaniyasında həqiqi rəqabətin olmaması kimi nöqsan göstərmək üçün müşahidəçilərin böyük fantaziyası olmalıdır.
O təəssüflə bildirib ki, ATƏT-in müşahidə missiyası yenə də ədalətli və obyektiv ola bilmədi.
Eyni zamanda, onun fikrincə, seçki kampaniyası demokratik atmosferdə, yüksək rəqabət şəraitində keçib.
Öncə ATƏT-in müşahidəçilər missiyasının rəhbəri Artur Gerasimov bəyan edib ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri kifayət dərəcədə demokratik və şəffaf keçirilməyib. Onun rəyinə görə, qanunvercilikdə məhdudiyyətlər səbəbindən bir sıra şəxslər seçkilərdə iştirak edə bilməyiblər.
AŞPA müşahidəçilərinin rəyinə görə isə səslərin hesablanması prosesi heç də bütün məntəqələrdə şəffaf aparılmayıb. **
A.Əzizov