Azərbaycan prezidenti İlham Əliyev İslam İnqilabının Qələbəsi Günü münasibətilə İran prezidenti Həsən Ruhanini tədbrik edib.
“Tarixi, mədəni və dini köklərə əsaslanan, mehriban qonşuluq şəraitində inkişaf edən Azərbaycan-İran münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlarda, xüsusən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız birgə səylərimizlə xalqlarımızın rifahı naminə bundan sonra daha da möhkəmlənəcəkdir”, - Azərbaycan prezidentinin saytında dərc olunan təbrik məktubunda deyilir.
Əliyev Ruhaniyə cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına daim sülh və firavanlıq diləyib. **
X.Nəsirzadə