Biz sıra büynəlxalq təşkilatlar Azərbaycanda keçirilən növnədənkənar parlament seçkilərinin qiymətləndirilməsinə qərəzli yanaşırlar. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bəzi beynəlxalq müşahidə missiyalarının rəyinə, biz onların mənfi rəyinə çoxdan öyrəşmişik. Onların bəzi hallarda rəyi seçkilərdən öncə yazılır, özü də onlar tərəfindən yazılmır, başqa yerlərdə yazılır, onlara ötürülür. Biz bunu dəfələrlə müşahidə etmişik”, - Əliyev bazar etəsi Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Prezident qeyd edib ki, Avropa Şurasının Azərbaycana qarşı olan mənfi münasibətinin son təzahürü qəbul edilmiş, “yalan üzərində qurulmuş” son qətnamədir.
“Yəni, bu qətnamənin qəbul edilməsi, əslində, parlament seçkilərinə kobudcasına müdaxilədir. Birincisi, bu qətnamə saxtadır və biz bunu qəbul etmirik. Orada bizə qarşı irəli sürülən ittihamları rədd edirik və bizə qarşı ünvanlanmış dırnaqarası tələblərin heç birini icra etməyəcəyik. Bu, bir. İkincisi, bu qətnamənin qəbul edilmə vaxtı. Parlament seçkilərinə az vaxt qalmış bu qətnamənin qəbul edilməsi Azərbaycana qarşı olan mənfi və ədalətsiz yanaşmanın təzahürüdür”, - Əliyev bəyan edib.
Dövlət başçısı əlavə edib ki, keçirilən seçkilər Azərbaycan üçün çox önəmli idi, çünki ölkədə aparılan aparılan islahatlara dəstək verməlidir.
“Seçkilərin növbədənkənar keçirilməsinin əsas məqsədi də o idi ki, vaxt itirmədən islahatlar davam etdirilsin. Çünki həm struktur islahatları aparıldı, həm hökumət, həm Prezident Administrasiyası yenidən formalaşdırıldı və əlbəttə ki, Milli Məclis bu işlərdən kənarda qala bilməzdi”, - prezident deyib.
Əliyev əmindir ki, bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq. **
Ə.Məmmədov