Kənd Təsərrüfatı Nazirliyi Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun (TETİ) Tovuz Bölgə Təcrübə Stansiyası üçün inzibati laboratoriya binasının, köməkçi binaların tikintisi və kartof anbarının yenidən qurulması məqsədilə podratçı seçir.
Seçim açıq tender metodu ilə keçirilir.
Tenderdə iştirak haqqı 150 manatdır.
Tender təklifləri 5 mart saat 16:00-dək qəbul olunur. Təklif zərfləri 16 mart saat 15:00-da açılacaq.
Telefon: (+99 412) 493-89-04, əlaqələndirici şəxs – Kamil Şirinov.*
B.Rüstəmbəyov