2019-cu ildə Azərbaycanda 1185,8 ton kvotaya qarşı 1176,6 ton və ya 2018-ci illə müqayisədə 27,1% az balıq ovlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2019-cu ilin yekunları üzrə balıq ovu üçün verilmiş kvota 99,2% (2018-ci ildə 94,5%) istifadə edilib.
Hesabat dövründə ölkədə 151 hüquqi və fiziki şəxs balıqçılıqla məşğul olub.
Ötən il ovlanmış balığın 694 tonu kilkə, 105,7 tonu kütüm, 81,3 tonu siyənək, 69,9 tonu kefal, 59,7 tonu külmə, 40,8 tonu çapaq, qalanı digər balıq növlərinin payına düşüb.
2019-cu ildə balıqçılar tərəfindən kvota üçün 101,6 min manat ödənilib.*
B.Rüstəmbəyov