“Azərbaycan Dəmir Yolları” (ADY) QSC informasiya və kommunikasiya avadanlıqlarının tədarükçüsünü seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir.
Tenderdə iştirak haqqı 100 manatdır.
Tender təkliflərinin qiymətləndirilməsində əsas meyarlar bunlardır: ucuz qiymət, müqavilənin vaxtında yerinə yetirilməsi, təcrübə və iddiaçının maliyyə vəziyyəti.
Tender təklifləri 11 mart saat 17:00-dək qəbul olunur. Tender proseduru 12 mart saat 11:00-da baş tutacaq.
Telefon: (+99412) 499-73-54. Əlaqələndirici şəxs: Nilufər İsmayılova.*
N.Abbasova