Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, Sahib Ələkbərov və Sahir Məmmədxanov3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.
Zaur Fətizadə və Elçin Məmmədov 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunublar.
Bundan əlavə, iki nəfər vergi işçisi 2-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı, 25 işçi - 3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı, 6 işçi - “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Daha 4 işçi “Tərəqqi” medalı ilə təltif olunub.
Fevralın 11-də Azərbaycanda vergi işçilərinin peşə bayramı günü qeyd olunur. **
B.Rüstəmbəyov