"VTB Bank (Azerbaijan)" ASC-nin səhmdarları növbədənkənar ümumi yığıncaqda bankın Müşahidə Şurasının (MŞ) tərkibində dəyişiklikləri təsdiq ediblər.
“2019-cu il dekabrın 23-də keçirilən növbədənkənar yığıncaqda qəbul edilmiş qərara əsasən, Dyaçenko Andrey NikolayeviçMüşahidə Şurasının yeni üzvü seçilib. Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib: Bortnikov Denis Alkesandroviç – MŞ-nin sədri; Tsaryev Sergey Vladimiroviç – MŞ sədrinin müavini; Dyaçenko Andrey Nikolayeviç - MŞ-nin üzvü”, - deyə “VTB Bank (Azerbaijan)”ın məlumatında bildirilir.
Hazırda Bortnikov “VTB Bank”ın (PSC) prezidentinin - İdarə Heyətinin sədrinin müavini, Tsaryev və Dyaçenko VTB-nin idarəedici direktorlarıdır.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.*
A.Əzizov