2019-cu ildə Vergilər Nazirliyi səyyar yoxlamaların sayını 44% azaldıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Ötən il səyyar yoxlamaların sayı 2018-ci illə müqayisədə 44% azalıb. Hər 1 min vergi ödəyəcisinə cəmi iki səyyar yoxlama düşür”, - Cabbarov çərşənbə axşamı vergi orqanları işçilərinin peşə bayramına həsr olunan konfransda bildirib.
Nazirin sözlərinə görə, həyata keçirilən distant yoxlamalar nəticəsində əlavə daxil olan vəsaitin həcmi 18% artıb.
“Vergi daxilolmalarının ümumi həcmindən yalnız 9%-i səyyar yoxlamar hesdabına təmin olunub. Qalan 91%-i könüllü ödənilib”, - Cabbarov qeyd edib. **
Ə.Məmmədov