“Aqrolizinq” ASC asılan-qoşulan kənd təsərrüfatı texnikaları və onların ehtiyat hissələrinin tədarükçüsünü seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender üsulu ilə keçirilir. Tenderdə iştirak haqqı – 3 min manatdır.
Tədarükçü şirkətlərdən tender ilə bağlı təkliflərin qəbulu 2020-ci il 12 mart saat 18:000-da başa çatır. Tender proseduru martın 13-də baş tutacaq.
“Aqrolizinq” 2004-cü ilin oktyabr ayında təsis olunub və KTN-nin strukturuna daxildir. **
B.Rüstəmbəyov