2020-ci ilin yanvar ayında Azərbaycana 226,2 min turist gəlib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 18,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Rusiyadan gələnlərin sayı 67,9 min ( 2019-cu ilin yanvar ayı ilə müqayisədə artım 20,5%), Gürcüstandan gələnlərin 63,8 min olub (+14,6%). RF-dən gələn turistlərin xüsusi çəkisi 30%, Gürcüstandan – 28,2% təşkil edib.
Yaxın Şərq ölkələrindən gələn turistlər 24,6 min nəfər ilə üçüncü yerdə qərarlaşıb (xüsusi çəki 10,9% təşkil edib).
2020-ci ilin yanvar ayında Azərbaycana Türkiyədən gələnlərin sayı 24,1 min nəfər (+12,1%), İrandan - - 13,1 min nəfər (+26,5%), Mərkəzi Asiyadan – 7,8 min nəfər (+18,4%), Cənubi Asiyadan – 8,4 min nəfər təşkil edib (+ 43%).
Agentliyin məlumatına görə, hesabat dövrü ərzində Cənubi Asiya ölkələrindən Hindistan (5 min nəfərədək, artım 80,2%) və Pakistandan (3 min nəfərdək, artım 15.6%) gələn turistlərin sayı üstünlük təşkil edir.
2019-cu ildə Azərbaycana turist axını 3,17 milyon nəfər təşkil edib, bu da 2018-ci ilin göstəricisindən11,4% çoxdur. **
B.Rüstəmbəyov