Prezident İlham Əliyev Kürdəmir şəhərində 5 nömrəli şəhər tam orta məktəbi üçün 960 şagird yerlik yeni binanın tikintisi məqsədilə Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Bu vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyinə 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.*
X.Nəsirzadə