Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Kürdəmir rayonunun Karrar qəsəbəsində “Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezidentə məlumat verilib ki, ümumi dəyəri 30 milyon manat olan müəssisənin yaradılmasına 1 milyon manat güzəştli kredit verilib, 8,1 milyon manat dövlət əsaslı vəsaiti qoyulub.
Müəssisədə ölkəmizlə yanaşı, Türkiyə və Belçika şirkətlərinin istehsalı olan ən müasir avadanlıqlar quraşdırılıb. Hələlik burada 17 nəfər işlə təmin olunub və yaxın vaxtlarda 60-dan çox iş yerinin yaradılması nəzərdə tutulur.
Xəbər verildiyi kimi, Azərbaycanda ümumi sahəsi 200 min hektara qədər olan 51 aqroparkın yaradılması planlaşdırılır. İnvestisiyaların ümumi məbləği 2,4 mlrd. manat təşkil edəcək. Qeyd ediən layihələrin reallaşdırılması 4 m indən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək. **
B.Rüstəmbəyov