Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2020-ci ildə qida və bitki mənşəli məhsullar üçün karantin məntəqələrinin yaradılmasına başlayacaq. Bu barədə agentliyin sədri Qoşqar Təhməzli məlumat verib.
Agentlik bu ildən etibarən idxal olunan məhsullar üçün karantin məntəqələri yaratmağa başlayır. Məntəqələr iki cür - heyvan və bitki mənşəli məhsullar üçün olacaq", - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Sədrin sözlərinə görə, bu il iki belə məntəqə yaradılacaq. “Onlar Azərbaycana məhsulların idxal edildiyi iki əsas istiqamətdə - Gürcüstan və Rusiya ilə sərhəddə yaradılacaq”, - deyə Q.Təhməzli əlavə edib.*
B.Rüstəmbəyov