Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfin¬dən vətəndaşların saxta pasport ilə ölkə ərazisindən tranzit keçməklə Avropaya getməyə cəhd halları qeydə alınır.
“Son bir ay ərzində dövlət sərhə¬dindən buraxılış məntəqəsində 38 əcnə¬bi saxlanılıb. Dövlət sərhədinin pozulmasına cəhd hallarının təhlili göstərir ki, əsasən Yaxın Şərq və Asiya ölkələrinin vətəndaşları Avropa ölkələrinə məxsus saxta pasport və vizalardan istifadə edərək Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə getməyə cəhd göstərirlər”, - DSX-nin mətbuat xidməti məlumat verir.
Saxlanılanlar arasında 21 İran, 3 İraq, 3 Özbəkistan, 2 Hindistan, 2 Misir, 2 Pakistan, 2 Efiopiya, 1 Küveyt, Nigeriya və Nepal vətəndaşı var. **
X.Nəsirzadə