Bu gün prezident İlham Əliyev yunan-Roma güləşi üzrə milli komandamızı Avropa çempionatında 6 medal qazanması münasibətilə təbrik edib.
“Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”, - deyə dövlət başçısı özünün “Twitter” səhifəsində yazıb.
Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutublar.
Komanda hesabında ikinci olan millimiz Rusiyadan geri qalır.*
X.Nəsirzadə