1 yanvar 2020-ci il tarixinə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) aktivləri 1 mlrd. 406 mln. 159,049 min manat təşkil edir ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 10,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
2019-cu ilin sonuna İKZF-nin kredit portfeli 998 mln. 78,538 min manat (2019-cu il ərzində artım 11,5% - İF-Az), banklarda yerləşdirilən depozitlərin həcmi 23 mln. 830,818 min manat (artım 83,5 dəfə), qiymətli kağızlara sərmayələr 30 mln. 137,799 min manat (azalma 88,4%) təşkil edib, qalan məbləğ digər aktivlərin payına düşüb.
31 dekabr 2019-cu il tarixinə fondun öhdəlikləri 754 mln. 378,394 min manat (artım 1,4%), o cümlədən emissiya edilən qiymətli kağızlar 728 mln. 919,696 min manat (artım 1,4%) məbləğində qiymətləndirilir.
Hesabat dpvrünün sonuna İKZF-nin məcmu kapitalı 651 mln. 780,656 min manata (artım 22,4%), nizamnamə kapitalı 566 mln. manata (artım 21,5%), bölüşdürülməmiş xalis mənfəəti 67 mln. 98,865 min manata bərabərdir.
Ötən il fondun əməliyyat gəliri 25 mln. 837,022 min manat (azalma 14,4%), vergi ödənilənədək mənfəəti 18 mln. 641,246 min manat (azalma 3,5%) təşkil edib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.**
Ə.Məmmədov