Moldovanın baş naziri İon Kiku və Azərbaycanın Kişineudakı səfiri Qüdsi Osmanov energetika və nəqliyyat sahələrində əməkdaşlığın perspektivləri, biznes forumun təşkilini müzakirə ediblər.
“Danışıqlar zamanı iki dövlət arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının təşkilinə dair razlıq əldə olunub”, - Moldova hökumətinin mətbuat xidmətinin saytı məlumat verir.
Baş nazir Moldovanın iki ölkə arasında ticarət-iqtisadi qarşılıqlı münasibətlərin inkişafı ilə bağlı niyyətini ifadə edib.
Kiku qeyd edib ki, Moldova Azərbaycandan investorlara ən yaxşı şərtlər təklif etmək niyyətindədir, yeni iş yerləri, həmçinin rəqabətə davamlı məhsullar və xidmətlər yaradılarsa.
Öz növbəsində, Osmanov vurğulayıb ki, Azərbaycan da qarşılıqlı əməkdaşlığa hazırdır.
“Söhbət zamanı tərəflər sahibkarlar üçün biznes forumun təşkili məsələsinə toxunublar, o cümlədən, energetika və nəqliyyat sahələrində tərəfdaşlıq perspektivlərini müzakirə ediblər”, - məlumatda qeyd olunur. **
A.Əzizov