“BakuBus” MMC-nin personal kompyuter, server, şəbəkə, telefoniya infrastrukturu və avtobuslarda ödəniş sistemlərinin yenidənqurulması və aylıq texniki xidmətlərin satınalınmasına 220 min manatdan artıq vəsait yönəldəcək .
www.tender.gov.az saytının məlumatına görə, “BakuBus” "ARİS” MMC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri – 220,248 min manatdır.
“BakuBus” MMC 2014-cü ilin aprel ayında Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub. “BakuBus” MMC özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.**
B.Rüstəmbəyov