Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru vəzifəsini icra edən Vüqar Abdullayevin cərimə edilməsi barədə qərar ləğv olundu. Bu barədə “İnterfaks-Azərbaycan”a Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib.
“Bakı Apellyasiya Məhkəməsi Binəqədi Rayon Məhkəməsi Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru vəzifəsini icra edən Vüqar Abdullayevin 2 min manat məbləğində inzibati cərimə edilməsi barədə qərarı ləğv edib”, - Fonddan qeyd ediblər.
Məhkəmənin qərarına əsasən, Abdullayev barəsində inzibati iş dayandırılıb. **
Ə.Məmmədov