İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə İşçi Qrupu yaradır. Bu barədə ADY-dən məlumat verilir.
Azərbaycan Dəmir Yolları" QSC-də dəmir yolları sahəsində görülən işlər və nəzərdə tutulan tədbirlər müzakirə olunub.
“İşçi Qrupunun yaradılmasında əsas məqsəd dəmir yolu infrastrukturuna kapital qoyuluşlarının səmərəliliyinin artırılması, əməliyyat xərclərinin optimallaşdırılması, korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı təkliflərin hazırlanmasıdır”, - məlumatda qeyd edilir.
Qərar iqtisadiyyat naziri Mikayıl Cabbarovun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ilə görüşünün yekunlarına dair qəbul olunub. **
B.Rüstəmbəyov