“TurStat” turizm portalı 14 fevral – Sevgililər Gününə cütlüklərin istirahəti və həftəsonu romantik səyahətlər üçün populyar olan ən romantik Avropa şəhərlərinin reytinqini təqdim edib.
Bakı reytinqdə 8-ci yerdədir.
Avropanın ən romantik şəhərlərinin TOP-10-na Sankt-Peterburq, Paris, Minsk, Kalininqrad, Praqa, Yekaterinburq, Amsterdam, Yerevan və Tallin daxildir.
Avropanın ən romantik şəhərləri olan Sankt-Peterburq və Paris 23%, Kalininqrad və Minsk 8%, Praqa 7%, Yekaterinburq, Amsterdam, Bakı və Yerevan 5%, Tallin isə 3% səs toplayıb.
Reytinq bu ilin fevral ayında keçirilən onlayn sorğunun nəticələri əsasında tərtib olunub.*
A.Əzizov