Fevralın 14-də prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri başlayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak edəcək.
İ.Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb.*
A.Əzizov