Azərbaycan prezidenti İlham Əliyev cümə günü Münxendə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüş zamanı dünya enerji bazarındakı mövcud vəziyyəti müzakirə edib.
“Tərəflər dünya enerji bazarındakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. O cümlədən, “OPEC+” formatında Azərbaycanın təşəbbüsləri yüksək qiymətləndirildi”, - dövlət başçısının saytında məlumat verilir.
Bundan əlavə, son dövrlərdə Azərbaycanın alternativ enerji resurslarının inkişafı istiqamətində atdığı addımların önəmi vurğulandı. **
N.Abbasova